Özbəkistan prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.
Bu günlərdə Bakıda SPECA-nın bir sıra biznes tədbirləri, o cümlədən iqtisadi forum və Mərkəzi Asiya ölkələrinin sənaye potensialının sərgisi keçirilir.