Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması istiqamətində səylər göstərmək üçün Ermənistanın siyasi iradəsini bir daha təsdiq edərək, noyabrın 21-də münasibətlərin normallaşdırılmasına dair sazişin 6-cı redaksiyası ilə Azərbaycan tərəfində təhvil verib.
Bu barədə ER XİN məlumat yayıb.
“Xatırlatmaq istəyirik ki, Ermənistan Azərbaycanın son təkliflərini aldıqdan sonra onları nəzərdən keçirib və Dağlıq Qarabağdakı ağır blokadaya səbəbindən günü-gündən ağırlaşan humanitar böhrana baxmayaraq, saziş layihəsi üzrə danışıqları davam etdirməyə hazır idi. Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağ əhalisinə qarşı genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, Dağlıq Qarabağın bütün erməni əhalisinin məcburi köçkünlüyünə səbəb olub.
Bundan sonra Azərbaycan tərəfi sülh prosesinə qayıtmaq imkanlarına və bu istiqamətdə beynəlxalq tərəfdaşların səylərinə açıq şəkildə məhəl qoymamağa davam edərək, dövlət başçıları səviyyəsində əvvəlcə Qranada, sonra isə Brüssel çərçivəsində keçirilən görüşlərdə iştirak etməyib.
Ermənistan tərəfi sazişin mətni üzərində işi davam etdirib və nəzərdə tutulan görüşlər zamanı onun Azərbaycana təqdim olunmasını daha səmərəli hesab edib.
Bununla belə, danışıqlar prosesinin dalana dirənməsinin və regionumuzda davamlı sülhə nail olmaq cəhdlərinin qarşısını almaq üçün Ermənistan Respublikası sazişlə bağlı öz fikirlərini konstruktiv şəkildə çatdırıb və əvvəllər dəfələrlə olduğu kimi, bunları nəzərə alaraq danışıqlara yenidən qoşulmağa hazır olduğunu sübut edib.
-
birmənalılığa yol vermədən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörməti,
-
Alma-Ata Bəyannaməsinə və ən son qanuni Sovet xəritələrinə uyğun olaraq sonrakı delimitasiya prosesinin həyata keçirilməsi,
-
dövlətlərin suverenliyinə və yurisdiksiyasına və bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında regionun infrastrukturunun blokadadan çıxarılması.
Erməni tərəfi inanmaqda davam edir ki, bütün çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa reallaşa bilər.
Ermənistan tərəfi bu iradəni nümayiş etdirməkdə davam edir. Həmin iradənin ifadələrindən biri də Ermənistanın Azərbaycana iki ölkə arasında dövlət sərhədində demarkasiya komissiyalarının iclasının keçirilməsini təklif etməsidir”, - məlumatda deyilir.