Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağdan məcburi köçkünlərin taleyinə toxunaraq deyib:
“Bu gün Yerevana humanitar yardım olan təyyarə uçdu. Yükün həcmi 40 tondur, o, erməni tərəfinin ehtiyacları əsasında formalaşıb, onun tərkibində ərzaq, isti paltar, portativ elektrik stansiyası var.
Noyabrın 13-də Yelizaveta Qlinkanın “Doktor Liza” Xeyriyyə Fondu humanitar malların paylanması prosesinə başlayıb. Bunlar məişət elektrik cihazları və isti paltarlardır. Biz Rusiyadakı erməni diasporunun səylərini alqışlayırıq”, - deyə Zaxarova yekunlaşdırıb.