Noyabrın 20-də ER-in ABŞ-dakı səfiri Lilit Makunts Dünya Bankı Qrupunun yeni təyin olunmuş icraçı direktoru. digər ölkələrin, o cümlədən Ermənistanın da işlərinə cavabdeh olan Yujin Rugenaat ilə görüşüb.
Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Səfir Dünya Bankının Ermənistanda həyata keçirilən layihələrə verdiyi töhfəni yüksək qiymətləndirib.
Səfir Makunts və Y. Rugenaat Ermənistan hökumətinin yaxın və uzunmüddətli prioritetləri əsasında əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə ediblər.