HƏMAS İsraillə atəşkəs sazişinin imzalandığını təsdiqləyib. Açıqlamada bildirib ki, tərəflər arasında müvəqqəti atəşkəs 4 gün davam edəcək. Bu müddət ərzində İsrail Qəzza zolağının bütün bölgələrində hərbi texnikanın hərəkəti də daxil olmaqla, hərbi əməliyyatları dayandıracaq.
Atəşkəs zamanı İsrail Qəzza zolağının bütün ərazilərində hücum və həbslər həyata keçirməməyi öhdəsinə götürür.
HƏMAS həmçinin qaçırılan 30 uşaq və 20 qadını azad edəcək. İsrail tərəfi də öz növbəsində 150-yə yaxın qadın və azyaşlı uşağı azad edəcək
CNN İsrail mənbələrinə istinadən xəbər verir ki, azad edilən girovların sayı artarsa, atəşkəs uzadıla bilər.