Noyabrın 22-də Yerevanda Ermənistan-Almaniya əməkdaşlığının inkişafına dair iki günlük hökumətlərarası danışıqların nəticələrinə yekun vurulub. Ermənistan tərəfdən həmsədr ER iqtisadiyyat naziri Vahan Kerobyan, alman tərəfdən isə ADR İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin dövlət katibi Nils Annen olub. Danışıqların yekunu olaraq protokol imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Danışıqların nəticələrini yekunlaşdıran həmsədrlər müvafiq razılaşmaların əldə olunduğu əsas məqamları, o cümlədən bərpa olunan enerji və enerji səmərəliliyi, texniki peşə təhsili, su infrastrukturunun inkişafı, regional idarəetmə islahatları, innovativ turizm və texnologiyaları qeyd ediblər.
Əməkdaşlıq çərçivəsində ADR qrant və kredit şəklində 84,6 milyon avro məbləğində əlavə dəstək verəcək ki, bu da orta peşə texniki təhsil sahəsində, eləcə də bərpa olunan enerji mənbələri sahəsində yeni layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Sənədin imzalanmasından sonra həmsədrlər Vahan Kerobyan və Nils Annenin mətbuat konfransı keçirilib, məruzəçilər media nümayəndələrinin suallarını cavablandırıblar.