Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yönəlmiş diplomatik səylərin intensivləşdirilməsi ilə bağlı açıq bəyanatının davamı olaraq, Ermənistan tərəfi Azərbaycan tərəfinə 6-cı razılaşma təklifini təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
ER XİN-in X mikrobloqunda deyilir: “Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin tənzimlənməsinə dair sənədin bağlanmasına və imzalanmasına sadiqdir”.