ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib ki, ABŞ Ermənistan və Azərbaycan rəhbərliyini cəlb etməkdə davam edir və hər kəsin maraqlarının nəzərə alınacaq davamlı sülhə töhfə verməyi təklif edir.
O, məsələlərin həlli və uzunmüddətli razılığın əldə olunması üçün Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayıb.
Miller qeyd edib ki, onlar digər ölkələrin də bu danışıqlara töhfə vermək istəyini görürlər.