Noyabrın 21-də ER xarici işlər naziri Ararat Mirzoyan Kanada Senatının üzvü Leo Husakosu qəbul edib.
Görüş zamanı Ermənistan və Kanada arasında siyasi dialoq gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. Ararat Mirzoyan ikitərəfli münasibətlərdə, eləcə də regionda Kanadanın iştirakının artmasınımüsbət irəliləyişləri məmnunluqla qeyd edərək, bu kontekstdə Kanadanın Yerevanda rezident səfirliyinin açılmasını və Kanadanın Aİ-nin monitorinq missiyasında iştirakını vurğulayıb.
Görüş zamanı həmçinin Cənubi Qafqazda və onun ətrafında təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Ararat Mirzoyan regionda sabitliyin bərqərar olması, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində görülən səylərə, mövcud problemlərə, habelə Dağlıq Qarabağın faktiki etnik təmizləməsi nəticəsində məcburi köçkün edilmiş ermənilərin ehtiyac və hüquqlarının həlli istiqamətində ER hökumətinin atdığı addımlara toxunub.