Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Bakının irəli sürdüyü “Qərbi Azərbaycan” konsepsiyasına görə Ermənistanın yeni eskalasiya təhlükəsi gördüyü barədə bəyanatını şərh edib.
“Təəssüf ki, Azərbaycandan dövlət səviyyəsində bu cür bəyanatlarla tanış olmadığım üçün heç nə deyə bilmərəm. Biz Azərbaycan rəhbərliyindən tamamilə fərqli bəyanatlar eşitmişik, orada sülh müqaviləsi imzalamağa hazır olduqlarından danışırlar. Ona görə də indi cənab Paşinyanın açıqlamaları barədə heç nə deyə bilmərəm”, - deyə Peskov bildirib.