Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində Dağlıq Qarabağ ermənilərinin öz yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasının təminatlı olduğunu vurğulayıb.
“Biz, ilk növbədə, onların geri qayıtmaq hüququnun təmin olunmasını mütləq vacib hesab edirik. İkincisi, geri qayıtmaq istəmələri üçün kifayət qədər təhlükəsizlik hissi verən şərait yaradılsın. Biz Aİ perspektivindən çox aydın şəkildə bildirmişik ki, bütün məcburi köçkünlər, əgər bunu etmək istəyirlərsə, təhlükəsiz şəkildə əvvəlki yaşayış yerlərinə qayıda bilməlidirlər. Və o mənada bu, bizim müxtəlif platformalarda qaldırdığımız bir məsələdir və bu məsələ həll olunmalıdır”.