Fransa səfirliyi bildirir ki, Fransa Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarını nəzərə alıb.
Xatırladaq ki, BMT Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı müvəqqəti tədbirin tətbiqi ilə bağlı 5-ci iddiasını təsdiqləyib.
Ermənistan ərizəni sentyabrın 28-də Azərbaycanın Dağlıq Qarabağa hücumundan və ermənilərin öz evlərindən düidərgin salınmasından sonra İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya çərçivəsində müzakirə olunan “Ermənistan Azərbaycana qarşı” məhkəmə işində təqdim edib.
Məhkəmə müvəqqəti tədbir tətbiq etməklə Azərbaycanı Dağlıq Qarabağa qayıtmaq istəyənlərin geri qaytarılmasını, o cümlədən oranı tərk etmək istəyənlərin maneəsiz çıxarılmasını, qalanların isə təhlükəsizliyini təmin etməyi məcbur edib.
Ali məhkəmə həmçinin Bakını ermənilərin ö kimliyinin və xüsusi mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri saxlamağa və gələcəkdə onları əsas kimi qəbul etməyə məcbur etdi. Səkkiz həftə ərzində Azərbaycan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat təqdim etməlidir.