Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində Azərbaycanın Ermənistanı silahlandırması ilə bağlı tənqidindən danışıb.
“Hesab edirəm ki, hər bir ölkənin özünü müdafiə etmək və ərazisinin müdafiəsi üçün zəruri hesab etdiyi silahı almaq hüququ var. Bu mənim sadə cavabımdır. Dünyanın əksər dövlətləri öz ərazilərini müdafiə etmək üçün xaricdən silah alırlar. Deməli, bu mənada bunda möhtəşəm və ya yanlış heç nə yoxdur”, - deyə Klaar bildirib.
Avropa Sülh Fondu çərçivəsində Ermənistanı dəstəklənməsinə gəlincə, Klaar aydınlaşdırıb ki, bu, Ermənistanın özünü həssas hesab etdiyi sahələrdə, məsələn, kibertəhlükəsizlikdə dəstəyi nəzərdə tutur. Avropa İttifaqının xüsusi nümayəndəsi bunun heç kimə qarşı yönəlmədiyini vurğulayıb.
“Daha doğrusu, bu, Ermənistanın suverenliyinin möhkəmləndirilməsi məqsədi ilə edilir ki, bu, məncə, hamıya, təkcə Ermənistana deyil, həm də Ermənistanın qonşularına və daha geniş mənada beynəlxalq ictimaiyyətə faydalıdır. Biz Avropa İttifaqı üçün yaxşı tərəfdaş və qonşuları, o cümlədən Azərbaycan üçün də eyni dərəcədə yaxşı tərəfdaş olan güclü, özünə güvənən Ermənistana sahib olmaq istəyirik”, - deyə Klaar bildirib.