Bu gün Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos və Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının missiyasının statusu haqqında sazişi imzalayıblar.
Bu saziş Aİ-nin Ermənistandakı missiyasının (HEMA) hüquqi statusunu tənzimləyir.
Bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndəliyi yayıb.
Xatırladaq ki, missiya 2023-cü il fevralın 20-də iki illik mandatla fəaliyyətə başlayıb və Aİ ekspertləri və Aİ üzv ölkələrindən olan müşahidəçilər də daxil olmaqla 103 nəfərdən ibarət beynəlxalq heyətdən ibarətdir.