Noyabrın 20-də ER Nazirlər Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti ilə görüşüb. Bu barədə TŞ Aparatından məlumat verilib.
Həmsöhbətlər ER ilə Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini və daha da möhkəmləndiyini vurğulayıblar.
Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər geosiyasi və regional təhlükəsizlik məsələlərinə də toxunub, regionumuzda sülhə alternativin olmadığını vurğulayıblar.