Fransa Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyasının əslinin BMT-yə təqdim edilməsi faktını alqışlayır.
Bu barədə Fransanın Ermənistandakı səfirliyinin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Beləliklə, Ermənistan BCM-nin Nizamnaməsinə üzv olan 124-cü dövlət olur”, - bəyanatda deyilir.
Qeyd edək ki, ötən gün BMT-də ratifikasiya sənədinin saxlanması üçün BMT-nin Beynəlxalq Müqavilələr Departamentinə təhvil verilməsi mərasimi keçirilib. İlkin ratifikasiyanı BMT-nin Beynəlxalq Müqavilələr Departamentinin rəhbərinə Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan verib. Sənədin orijinalının təhvil verilməsi ilə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması prosesi başa çatıb.
Bununla Ermənistan BCM-nin nizamnaməsinə qoşulan 124-cü ölkə olub.