Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qafqaz regionuna marağını itirməyib. Bunu brifinq zamanı KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
“Təşkilat daxilində KTMT-nin Qafqaz regionuna marağını itirdiyi və ya Ermənistandan çıxmağa hazırlaşdığı barədə söhbət getmir. Belə bir şey heç kimin ağlına gəlmir”, - deyə məmur bildirib.
Sidorov Ermənistanın KTMT-dən çıxmaq niyyəti ilə bağlı ərizə və sənədlərin daxil olmadığını bildirib.
“2023-cü ildə Ermənistanın birgə tədbirlərdə iştirakı müəyyən qədər məhdud idi, amma dövlətdə istənilən vəziyyət yarana bilər və biz burada o qərarları müzakirə etmirik. Eyni zamanda, onlar həm qanun yaradıcılığı fəaliyyətində, həm də təşkilatın sənədlərinin müzakirəsində və daimi fəaliyyət göstərən nizamnamə orqanlarının fəaliyyətinin maliyyələşdirilməsində iştirak edirlər”, - deyə Sidorov qeyd edib.