ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub.
“Sülh müqaviləsi və faktlara əsaslanan, peşəkar proses çərçivəsində sərhədlərin delimitasiyasının təmin olunması regional sabitliyə və rifaha töhfə verəcək”,- ABŞ-ın Ermənistandakı səfirliyi Facebook səhifəsində yazıb.