Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Belçikanın xarici işlər naziri Haca Labib ilə görüşüb.
“Haca Ləbibin Yerevana səfəri zamanı apardığımız səmərəli danışıqların davamı olaraq Brüsseldə regional və tərəfdaşlıq məsələlərini, ikitərəfli gündəliyi ətraflı müzakirə etdik. Biz xalqlarımızı daha da yaxınlaşdıra biləcək yeni layihələri yüksək qiymətləndirir və gözləyirik”, - o, X səhifəsində yazıb.