Noyabrın 14-də ER xarici işlər naziri Ararat Mirzoyan Londonda Böyük Britaniyanın xarici işlər, əməkdaşlıq və inkişaf üzrə kölgə dövlət naziri Devid Lami ilə görüşüb.
ER XİN-in məlumatına görə, həmsöhbətlər ER və Böyük Britaniyanın ikitərəfli gündəliyi məsələlərini müzakirə ediblər, hər iki tərəf strateji dialoqun başlanmasından məmnun olduqlarını bildiriblər.
ER və Böyük Britaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ararat Mirzoyan Britaniya tərəfinin Ermənistanda effektiv idarəçilik və demokratik islahatlar gündəliyinə davamlı dəstəyini yüksək qiymətləndirib.
Ararat Mirzoyan və Devid Lami regional təhlükəsizlik məsələlərinə də diqqət yetiriblər.
ER xarici işlər naziri David Lamiyə Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olması istiqamətində göstərilən səyləri təqdim edib.
Ararat Mirzoyan Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsini təqdim edib.
Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə aparması, davamlı güc tətbiq etməsi nəticəsində yaranmış vəziyyətə, Ermənistan hökumətinin Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 mindən çox erməninin ehtiyac və hüquqlarının həlli istiqamətində həyata keçirdiyi tədbirlərə də toxunuldu.