Noyabrın 14-də Londonda Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda (Chatham House) rəsmi səfərdə olan Ararat Mirzoyan ilə görüş-müzakirə keçirilib. Bu barədə ER XİN məlumat yayıb.
Görüş zamanı həm ER-Böyük Britaniya münasibətləri sahəsində, həm də regional hadisələr kontekstində geniş spektrli məsələlər müzakirə edilib.
Nazir Mirzoyan Ermənistanın xarici siyasət prioritetlərini, son regional hadisələri, eləcə də Ermənistanın beynəlxalq platformalarda iştirakı ilə bağlı bir sıra məsələlərə hərtərəfli toxunub.
ER xarici işlər naziri Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olması, qonşularla münasibətlərin tənzimlənməsi məsələsində Ermənistanın mövqeyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Ermənistan Respublikası Hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsinə də toxunuldu.
Tədbirin gündəliyinə Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləmə nəticəsində yaranmış vəziyyət, 100 mindən çox məcburi köçkün erməninin ilkin ehtiyaclarının və hüquqlarının həlli ilə bağlı məsələlər daxildi.
Nazir Mirzoyan iştirakçıların bir sıra suallarını da cavablandırıb.