Noyabrın 14-də Londonda ER xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Alişa Kerns ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Britaniya siyasi dialoqunun genişləndirilməsi, mövcud əməkdaşlıq və perspektivlər ilə bağlı məsələlərə toxundular və bu kontekstdə ER-Böyük Britaniya strateji dialoqunna əhəmiyyət veriblər.
ER xarici işlər naziri həmsöhbətinə regionda mövcud təhlükəsizlik və humanitar vəziyyəti təqdim edərək, sülh gündəliyinin təşviqində iştirak edən bütün tərəflərin ictimai, aydın öhdəliyinin vacibliyini vurğuladı.
Nazir Mirzoyan Dağlıq Qarabağda baş verənlərin öz adı ilə adlandırılmasının vacibliyini, bu məsələdə parlament dairələrinin rolunu vurğuladı və 100 mindən çox məcburi köçkün erməninin ilkin ehtiyaclarının həlli istiqamətində atılanı addımlara toxundu.
Həmsöhbətlər, həmçinin ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.