Noyabrın 15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Busseldə Avropa Parlamentinin sədri Roberta Metzola ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Ararat Mirzoyan və Roberta Metsola ER-Aİ hərtərəfli tərəfdaşlıq gündəliyinin əsas istiqamətləri, onun dərinləşdirilməsinə yönəlmiş birgə səylər barədə fikir mübadiləsi aparıblar.
Hər iki tərəf Avropa Parlamenti ilə ER Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində əlavə addımlar atmağa hazır olduqlarını bildiriblər.
Ermənistan üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərlə bağlı Avropa Parlamentinin ifadə etdiyi prinsipial mövqeyi və qəbul edilmiş qətnamələri yüksək qiymətləndirən nazir Mirzoyan Ermənistanda demokratiyaya davamlı güclü dəstəyin və regionda sülhün bərqərar olması üçün real səylərin vacibliyini vurğulayıb. Nazir Mirzoyan ER-nin bu istiqamətdə yanaşmalarına toxunaraq vurğulayıb ki, beynəlxalq tərəfdaşların fəal iştirakı ilə, Azərbaycan oktyabrda Qranadada qəbul edilmiş bəyanatda təsdiq edilmiş prinsiplərə sadiq qalacağı təqdirdə regionda sülhə nail olmaq mümkün olacaq. Diqqət güc və ya güc təhdidinin istisna edilməsinə və ER hökumətinin təqdim etdiyi “Sülhün kəsişməsi” kimi proqramların həyata keçirilməsinə yönəldilib.
Ararat Mirzoyan Azərbaycan tərəfindən aparılan 10 aydır davam edən blokadası və 19 sentyabr hərbi hücumu nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün və Ermənistanda sığınacaq alan 100 mindən çox qaçqının ilkin ehtiyaclarının və hüquqlarının həllinə yönəlmiş addımları Avropa Parlamentinin sədrinə təqdim edib.