Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.
Qanun layihəsində bildirilir ki, “Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.
Həmçinin qeyd olunub ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işi uğurla davam etdirilir: “Türkiyə bu mərkəz vasitəsilə də regionun təhlükəsizliyinə və tərəflər arasında etimad mühitinin yaranmasına töhfə verir”.
Türkiyə ordusunun mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılması vurğulanıb.
Qanun layihəsinin bu həftə TBMM-də müzakirə olunacağı gözlənilir.