Türkiyə parlamentinin (TBMM) Xarici Əlaqələr Komitəsi bu həftə İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq. Bu barədə TRT məlumat yayıb.
Bildirilib ki, Xarici Əlaqələr Komitəsi noyabrın 16-da İsveçin NATO-ya üzvlük müraciətinə baxmağa başlayacaq.
Qeyd edək ki, qanun layihəsinin parlamentdə səsverməsindən əvvəl Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənməlidir. Prezident Ərdoğan daha sonra qanunu imzalayacaq.