BƏƏ-yə səfəri çərçivəsində noyabrın 14-də ER müdafiə naziri Suren Papikyan BƏƏ-nin dövlət müdafiə naziri Məhəmməd Əhməd Əl Bovardi ilə görüşüb.
ER Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə ER yüksək texnologiyalar senayəsi naziri Robert Xaçatryan da iştirak edib.
ER və BƏƏ arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və hüquqi əsaslar üzərində qurulması üçün səy göstərməyə hazır olduqlarını bildiriblər.