Dünən Londonda keçirilən strateji dialoq zamanı Böyük Britaniya Ermənistanla münasibətlərin yenilənməsini alqışlayıb. Bu barədə Böyük Britaniyanın Yerevandakı səfirliyi məlumat yayıb.
"Britaniya Ermənistanla ticarət və təhlükəsizlik əlaqələrini genişləndirəcək, daha sıx əməkdaşlıq quracaq və Ermənistanın iqtisadi əlaqələrini şaxələndirəcək. Bu barədə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri noyabrın 13-də Londonda keçirilən tədbirdə bildirib.
Leo Dokerti bu öhdəliyi ER XİN rəhbəri Ararat Mirzoyanla ümumi maraqlar ətrafında müzakirələrə əsaslanaraq Böyük Britaniya-Ermənistan arasında ilk strateji dialoq zamanı qəbul edib.
O, Ermənistanın siyasi və iqtisadi dayanıqlığının gücləndirilməsinə kömək edən idarəetmə və qanunun aliliyi sahələrində davamlı əməkdaşlığı alqışlayıb”, - səfirliyin mesajında deyilir.
Dünənki strateji dialoq Londonun Paul-Mall prospektində Ermənistan səfirliyinin yeni binasının açılışı ilə eyni vaxta təsadüf edib. Yeni bina Böyük Britaniya və Ermənistan arasında diplomatik münasibətləri gücləndirməklə yanaşı, səfirliyin xidmətlərini genişləndirməyə imkan verəcək.
Dokerti gələn həftə səfəri zamanı Yerevanda strateji dialoq mövzularını müzakirə etməyə davam edəcək.