İqtisadiyyat naziri Vahan Kerobyan və nazir müavini Narek Teryan Tokioda Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin müavini Taku İşi ilə görüşüblər. Görüşdə Ermənistanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Areg Hovhannisyan da iştirak edib.
ER İqtisadiyyat Nazirliyinin məlumatına görə, söhbət zamanı Ermənistanın “EXPO 2025 Osaka, Kansai, Yaponiya” ümumdünya sərgisində iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
İki ölkə arasında iqtisadi əlaqələrin yaxşılaşdırılmasına, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə toxunulub.