Rusiyada “Checkmate” 5-ci nəsil yüngül qırıcıların prototipi yaradılacaq.
Bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, prototip 2025-ci ilin sonuna qədər yaradılacaq.
Manturov əlavə edib ki, xarici müştərilər “Checkmate”ə maraq göstəriblər və onların istəkləri nəzərə alınaraq layihəyə düzəlişlər edilib.