ER parlamentinin sədr müavini Hakob Arşakyan Suriya Ərəb Respublikasının paytaxtı Dəməşqdə işgüzar səfərdədir.
Bu barədə o, Facebook səhifəsində məlumat verib. ER parlamentinin nümayəndə heyətində deputatlar Rustam Bakoyan, Şirak Torosyan və Aren Mkrtçyan var.
“Ermənistanın Dəməşqdəki səfirliyində ER-in Suriyadakı fövqəladə və səlahiyyətli səfiri Tigran Qevorqyanla birlikdə Suriyadakı erməni icmasının nümayəndələri və ruhani ataları ilə görüşdük.
Görüş zamanı biz regiondakı mövcud vəziyyəti müzakirə etdik, həmçinin Ermənistanın üzləşdiyi xarici və təhlükəsizlik çağırışlarının aradan qaldırılması üçün birgə səylərin zəruriliyini vurğuladıq.
Dəməşqə səfər zamanı bir sıra rəsmi görüşlər nəzərdə tutulub, onlar haqqında əlavə məlumat veriləcək”.