Almaniya kansleri Olaf Şolts noyabrın 17-də Berlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
TASS xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin müavini Kristian Hofman brifinqdə bildirib.
Onun sözlərincə, işgüzar nahar zamanı müxtəlif siyasi mövzular müzakirə olunacaq.
Bundan başqa, Türkiyə lideri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüş keçirəcək.