Baş nazir Nikol Paşinyan Bronyar sarayında “6-cı Paris Sülh Konfransı”nın açılış mərasimində iştirak edib.
Tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Avropa Şurasının sədri Şarl Mişel, Beynəlxalq Valyuta Fondunun prezidenti Kritsalina Georgiyeva, Dünya Bankının prezidenti Acay Banqa, bir sıra ölkələrin liderləri, hökumət və beynəlxalq təşkilatların rəhbərləri də iştirak ediblər.
“Paris Sülh Konfransı”nın baş direktoru Anjel Gurria iştirakçıları salamladı. Tədbirin açılışında Fransa Prezidenti Emmanuel Makron salamlama nitqi söyləyib.
Sonra Baş nazir “Rəqabət şəraitində əməkdaşlıq, sülhün qurulması və daha təhlükəsiz dünya quruculuğu” adlı panel müzakirəsində iştirak edəcək.