ER Baş naziri Nikol Paşinyan özünün X mikrobloqunda Fransa prezidenti Emmanuel Makronla görüşünə toxunub.
“Prezident Emmanuel Makronla əla söhbətim oldu. Biz dostluq münasibətlərinin dərinləşməsi, Ermənistan-Fransa ikitərəfli gündəliyinin möhkəmləndirilməsi, Aİ ilə əməkdaşlıq, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik”, - Nikol Paşinyan yazıb.