Biz dəfələrlə demişik ki, Brüsseldə üçtərəfli görüşə hazırıq. Bu barədə Brüsseldə “Ermənistanın strateji gələcəyi: ER-Avropa” forumu çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinə və Ermənistanın bu kontekstdə sülhün bərqərar olmasına hazır olduğuna toxunaraq deyib.
“Oktyabrın sonunda ölkə rəhbərləri səviyyəsində planlaşdırılan görüş vardı. Ermənistan həmin görüşə gəlməyə hazır olduğunu bildirdi, lakin təəssüf ki, həmin görüş baş tutmadı. Ümid edirik ki, bu, yaxın vaxtlarda mümkün olacaq”, - deyə o bildirib.
Bu kontekstdə Təhlükəsizlik Şurasının katibi sülhün bərqərar olması üçün vacib prinsiplərdən də danışıb. Ermənistanla Azərbaycan arasında sərhəd dəqiqləşdirilməli, Ermənistanın 29,8 min kvadrat kilometri, Azərbaycanın isə 86,6 min kvadrat kilometr ərazisi açıq şəkildə təsdiqlənməlidir. Kommunikasiyaların açılması suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında aparılmalıdır.
“Bunlar danışıqları yekunlaşdırmağa, eləcə də mövcud olan bütün humanitar problemləri həll etməyə hazır olduğumuz mühüm prinsiplərdir.
Əhəmiyyətli məsələlərdən biri də bütün əsirlərin qaytarılması, həmçinin ümumən sülhün bərqərar olmasıdır və Ermənistan bu gündəmlə danışıqları davam etdirməyə, Brüsselə gəlməyə, yekun nöqtəyə gəlib sülh müqaviləsini imzalamağa hazırdır. Və inanırıq ki, sülh də demokratiyanı gücləndirəcək. onlar qarşılıqlı, bir-birini gücləndirən alətlərdir və regionun sülhü bu mənada çox önəmlidir”.