Argentinadakı Yəhudi Təşkilatları Nümayəndəliyinin (DAİA - Delegación de Asociaciones Israelitas Argentinas) prezidenti Xorxe Knoblovitz və diplomatik əlaqələrin nümayəndəsi Ariel Blufşteyn noyabrın 10-da Erməni Soyqırımı Memorialını ziyarət ediblər.
Qonaqları Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru vəzifəsini icra edən Edita Qzoyan qarşıladı. O, qonaqları Erməni Soyqırımı Memorialına müşayiət edərək, abidənin yaranma tarixini təqdim edib.
O ötən əsrin sonlarında Azərbaycan hökumətinin Sumqayıt, Kirovabad və Bakı şəhərlərində təşkil etdiyi qırğınlarda həlak olan ermənilərin xatirəsinə Tsitsernakaberd ərazisində qoyulmuş üç xaçkardan da bəhs edib.
Qonaqlar əbədi məşəl önünə gül dəstələri qoyub, erməni soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.