“Mən kəndli adamam, terrorçu deyiləm!”. Bunu Azərbaycan məhkəməsində erməni Vaqif Xaçatryan bildirib. Onun həbsi ən başdan açıq-aşkar hərbi cinayətin davamı idi, bütün bundan sonra ona qarşı aparılan cinayət prosesləri isə Azərbaycan kimi bir totalitar ölkədə insan hüquqlarının kobudcasına pozulmasının parlaq sübutudur.
Bu barədə ER parlamentinin deputatı Rustam Bakoyan Facebook səhifəsində yazıb.
“Azərbaycan Avropa Şurasının üzvü olmaqla, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasını ratifikasiya etməklə, açıq-aşkar formal və saxta məhkəmədə milliyyətcə erməni Vaqif Xaçatryanın ədalətli məhkəmə araşdırması hüququnu pozub”.
Bakoyan qeyd edib ki, V. Xaçatryan məhkəmədə üzr istəyərək, baş verən hadisələrdə iştirak etmədiyini açıq şəkildə bilirsə də, tərcüman qəsdən və Azərbaycan dövlət siyasəti çərçivəsində aparılan anti-erməni davranışla Xaçatryanın Azərbaycan xalqından ermənilərin töretdikləri üçün üzr istədiyini bəyan edib.
“Bütün məhkəmə prosesində V. Xaçatryanın fikirləri təhrif edildi və ona 15 il həbs cəzası verilib. Vaqif Xaçatryanın Ermənistana qayıtmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarıma təcili məktublar göndərdim. Siyasi səviyyədə V. Xaçatryana qarşı keçirilən məhkəmənin bütövlüklə saxta olduğunu və Azərbaycanın anti-erməni hərəkətlərini və törətdiyi hərbi cinayətlərini ört-basdır etmək məqsədi daşıdığını qeyd etmələrini xahiş etdim”,-Bakoyan vurğuladı.