Rusiya Ermənistan tərəfinin ehtiyaclarını nəzərə alaraq, xüsusilə Rusiya hökuməti tərəfindən Ermənistana və Qarabağ ermənilərinə humanitar yardım göstərir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, 40 ton humanitar yardım hazırlanıb və yaxın günlərdə Yerevana çatdırılacaq.
“Qışın yaxınlaşması ilə humanitar yükə onlarla evi elektrik enerjisi ilə təmin edəcək portativ elektrik stansiyası daxildir. Bu humanitar aksiya Rusiyanın həyata keçirdiyi bir sıra təşəbbüslərin davamıdır. Bu, Qarabağdan didərgin düşmüş, ümid edirəm, müvəqqəti köçkünlərə dəstək olmaq üçün edilir. Sizi əmin edə bilərəm ki, yardım davamlı olacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.