ABŞ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olacağına ümid edir.
Bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bononun regiona son səfərinin təfərrüatları ilə bağlı sualı cavablandırarkən deyib.
"Biz bu məsələləri ilə məşğul olanda bu iki ölkə arasında sülh və Cənubi Qafqazda davamlı sülh arzu və ümidimizi ön plana çıxarırıq", - deyə o bildirib.