Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin Avropa məsələləri üzrə alt komitəsində “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələr keçiriləcək.
Dinləmələr dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya məsələləri üzrə direktor müavini Aleksandr Sokolovski iştirak edəcəklər.