Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell özünün X mikrobloqunda Kanadanın xarici işlər naziri ilə görüşünə toxunub.
“Avropa İttifaqı-Kanada sammitindən əvvəl dostum Melani Coli ilə görüşməkdən xoşbəxtəm. Yaxın Şərqdəki vəziyyətlə bağlı dərin müzakirə apardıq. Ona Kanadanın Aİ-nin Ermənistandakı missiyasında iştirakına, eləcə də Haiti məsələsində gördüyü mühüm işə görə təşəkkür etdim”, - Borrell yazıb.