Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Cənubi Qafqazda vəziyyətin deeskalasiyasına yönəlmiş layihəsi qüvvədədir və konsensus əldə olunarsa, qəbul edilə bilər. Bu barədə KTMT-nin baş katibi Imangali Tasmagambetov Moskvada KTMT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşündə bildirib.
“Cənubi Qafqazdakı vəziyyətdən danışarkən vurğulamaq istəyirəm ki, regionda vəziyyətin deeskalasiyasına yönəlmiş və təəssüf ki, Kollektiv Təhlükəsizlik Şurasının keçən il noyabrda keçirilən sessiyasında qəbul olunmamış KTMT layihəsi, konsensus əldə olunarsa, qüvvədə qalır",- deyə baş katib qeyd edib.