ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanın paytaxtı Yerevana səfər edib.
Lui Bono və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
Görüş zamanı tərəflər regionda sülh və təhlükəsizlik, eləcə də Ermənistan-Azərbaycan normallaşması məsələlərini müzakirə ediblər.