Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev MDB ölkələri ilə görüşü zamanı qeyd edib ki, qeyri-regional güclərin müdaxilə etmədiyi halda Azərbaycan və Ermənistan arasında nizamlanma mümkün olacaq. Qərbin addımları vəziyyəti daha da gərginləşdirir.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirdi.
“Biz Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq.
Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin pisləşməsinə səbəb olur və orada ziddiyyətlərin saxlanmasına kömək edi”, - Patruşev bildirib.