Tokioda keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə ermənilərin Dağlıq Qarabağdan məcburi köçünün nəticələri müzakirə olunub. Xarici işlər nazirlərinin bəyanatında deyilir:
“Biz Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra ermənilərin Dağlıq Qarabağdan köçürülməsinin humanitar nəticələrindən ciddi narahatıq. Biz Azərbaycanı beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırırıq və köçkünlərin təcili humanitar ehtiyaclarını ödəmək üçün beynəlxalq səyləri alqışlayırıq. Biz Ermənistan və Azərbaycan arasında gücdən istifadə etməmək, suverenliyə, toxunulmazlığa və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan sabit və davamlı sülhün bərqərar olmasına dəstəyimizi vurğulayırıq”.