Azərbaycan hərbçiləri tərəfindən Laçın dəhlizində oğurlanmış Vagif Xaçatryan Bakıda beynəlxalq hüquq normalarına və insan hüquqlarının təminatlarına əməl olunmadan 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə ER İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Anahi Manasyan “X” mikrobloqunda qeyd edilib.
"Beynəlxalq insan haqları təşkilatları dərhal reaksiya verməlidir", - deyə Ombudsman bildirib.
Xatırladaq ki, bu gün Bakıda Vagif Xaçatryanın qondarma cinayət işi üzrə məhkəməsi başa çatıb. O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Xaçatryan özünü təqsirli bilməyib və məhkəmədən özünə bəraət verilməsini istəyib.