Qəzzada təhlükəsiz yerlər qalmayıb. BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, o, uşaq qəbiristanlığına çevrilir.
“Mövcud məlumatlara görə, hər gün yüzlərlə qız və oğlan ölür və ya yaralanır. Dörd həftə ərzində üç onillikdə baş verən hər hansı digər münaqişədən daha çox jurnalist öldürülüb. Təşkilatımızın tarixində heç vaxt olmadığı qədər çox BMT əməkdaşı öldürülüb”, - Quterreş bildirib.
O qeyd edib ki, İsrail dinc əhalini bombalmağa və dinc əhalini qətlə yetirməyə davam edir.