ABŞ dövlət katibi Antoni Blinken Qəzzanın tam boşaldılması planının olmadığını bildirib.
Bu barədə Türkiyənin “Hürriyet” nəşri Blinkenin 5-6 noyabr tarixlərində Türkiyədə keçirdiyi görüşlərin yekunlarına əsasən yazır.
ABŞ dövlət katibinin sözlərinə görə, Qəzza zolağındakı dinc əhalinin tam təxliyəsi planı yoxdur, lakin hərbi əməliyyatlarda fasilə verilməsi məsələsi müzakirə oluna bilər.
Blinken qeyd edib ki, girovların azad edilməsi, Qəzza zolağında vəziyyətin nizamlanması məqsədilə bəzi addımların atılması üçün fasilə və ya münaqişənin dayandırılması tələb olunacaq.
ABŞ rəsmisi onu da əlavə edib ki, ölkəsi Qəzzada mülki şəxslərin ölümünün qarşısının alınması və fələstinlilərə humanitar yardımın artırılması üçün səyləri çoxaldacaq.