İsrail ordusunun Qəzza zolağına hücumu nəticəsində 88 nəfər BMT əməkdaşı öldürülüb.
Bu barədə BMT-nin Fələstin Qaçqınları üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.
Məlumatda bildirilib ki, səhiyyə işçilərinin həyata keçirdiyi əməliyyatlar zamanı yüzdən çox hücum qeydə alınıb və nəticədə 88 nəfər ölüb.
Həmçinin əlavə olunub ki, bu, BMT-nin indiyə qədər bir münaqişədə ən çox itki verməsi kimi qeydə alınıb.