Rusiya prezidenti Vladimir Putin 2024-cü il mart ayında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib. Bu, onu ən azı 2030-cu ilə qədər hakimiyyətdə saxlayacaq bir addımdır. "Kreml lideri hesab edir ki, o, Rusiyanı son onilliklərin ən təhlükəli dövründə rəhbərlik etməlidir", - altı mənbə Reuters-ə bildirib.
İctimai rəy sorğularına görə, Rusiya daxilində Putinin reytinqi 80 faizdir.
Keçmiş Rusiya prezidenti Boris Yeltsinin 1999-cu ilin son günündə varisi elan etdiyi Vladimir Putin Brejnevin 18 illik fəaliyyətini keçərək Stalindən sonra ən uzun müddət hakimiyyətdə olan liderdir.