"Fələstin və İsrail arasında münaqişə etnik və ya dini xarakterli deyil, bu, milli məsələdir. Bu hər iki xalqın eyni torpaqda yaşamaq hüququ ilə bağlıdır".
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki xalqın eyni ərazidə yaşamaq hüququ var.
Borrell qeyd edib ki, Yaxın Şərqdəki faciə sülhə nail olmaq üçün səylərin göstərilməməsi nəticəsində Qərb diplomatiyasının mənəvi uğursuzluğudur. Aartıq bu münaqişə dini, sivilizasiyalar arası münaqişə kimi təqdim olunur. O, belə qarşıdurmadan qaçmaq üçün hər şey etməli olduqlarını vurğulayıb.
Borrell onu da vurğulayıb ki, İsrailin hərbi strategiyası beynəlxalq hüquqa əsaslanmalı, mülki əhalinin ölümü və əzabının mümkün qədər az olması prinsiplərinə hörmət edilməlidir: “İnsan itkilərinə məhəl qoymamaq son nəticədə əks nəticə verə bilər”.